Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib

  09 Oktyabr 2019    Oxunub : 6064
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.
Azvision.az -ın məlumatına görə, hazırda ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir. Ermənistan 61,3 balla siyahıda 69-cu, Gürcüstan 60,6 balla 74-cü yerdə qərarlaşıb.

141 ölkədən ibarət reytinq siyahısında ilk beşlikdə Sinqapur, ABŞ, Honkonq, Niderland və İsveçrə yer alıb.

Qeyd edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur. Azərbaycan “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləyib.

Azvision.az

Teqlər: İqtisadi   Reytinq