“Neftin 100 dollar olacağını unutmaq lazımdır” - Novak

  07 Oktyabr 2019    Oxunub : 1488
 “Neftin 100 dollar olacağını unutmaq lazımdır” - Novak
Rusiya Energetika Nazirliyi neftin qiymətinin bir barrel üçün 50 dollar səviyyəsində olmasını ədalətli hesab edir.
Azvision.az xəbər verir ki, bu fikri Rusiyanın Energetika naziri Aleksandr Novak "Reuters" ə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, artıq neftin bir barelinin 100 dollar kimi yüksək olmasını unutmaq lazımdır.

“Biz ortamüddətli dövrdə 50 dolların ədalətli qiymət olduğunu düşünürük. 2019-cu ilin dövlət büdcəsində bir barel üçün qiyməti 43-45 dollar səviyyəsində götürmüşük”.

O, uzunmüddətli perspektivdə yanacaq qiymətlərinin hazırkı səviyyəyə yaxın olacağını qeyd edib: “Çünki İran və Venesuela hasilatı azaltsa da, ABŞ və bir sıra digər ölkələrdə bu əksinə olacaq”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Rusiya   Neft