Vitse-prezident `maviləri` müdafiəyə qalxdı
“Nə qədər ki, Rusiya Federasiyasının qanunvericiliyində bu qanun var, mən təbii ki, Soçiyə getməyəcəm”. Xatırladaq ki, bundan öncə Rusiyada insan hüquqlarının tapdanması və müxalifətin təqib olunmasına etiraz əlaməti olaraq Almaniya prezidenti Yoahim Hauk da Rusiyadakı Olimpiya Oyunlarını boykot etmişdi.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin iyunun sonunda imzaladığı qanunla uşaqlar arasında homoseksuallığın təbliğinə qadağa qoyulmuşdu. Qanunu pozanlar isə 4 min rubldan 1 milyon rubla qədər məbləğdə cərimə oluna yaxud 90 sutkaya qədər həbs oluna bilərlər. Əgər homoseksuallığın təbliği internet yaxud mətbuat vasitəsilə aparılırsa, onda cərimələr 50 min rubldan başlayır.
Beynəlxalq Olimpia Komitəsi mübahisəli qanunla bağlı Rusiyaya müraciət edərək Olimpia Oyunlarının iştirakçılarına qarşı cinsi oriyentasiyasına görə diskriminasiya olmayacağına dair yazılı təminat istəmişdi. Rusiya hakimiyyəti isə öz növbəsində bu təminatları verib.