Sahibkarlar və menecerlər üçün təlim keçiriləcək

Sahibkarlar və menecerlər üçün təlim keçiriləcək
  05 Oktyabr 2019    Oxunub:1997
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) oktyabrın 11-də sahibkarlar və menecerlər üçün “Motivasiya-həvəsləndirmə və mükafatlandırma” mövzusunda təlim keçirəcək.
KOBİA-dan Azvision.az -a bildirilib ki, təlimdə iştirak etmək istəyən sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] poçt ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti