İki qardaş mağazadan oğurluq etdi

  05 Oktyabr 2019    Oxunub : 942
İki qardaş mağazadan oğurluq etdi
Yevlax şəhərində mağazadan oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıb.

Azvision.az

Teqlər: DİN   oğurluq