Sumqayıt qatarının gecikmə səbəbi bilindi

  03 Oktyabr 2019    Oxunub : 1210
Sumqayıt qatarının gecikmə səbəbi bilindi
Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub.
Bunu Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb.

"Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Qatar   Sumqayıt   Gecikmə