Bakı Fond Birjasında hərrac keçirilib

  02 Oktyabr 2019    Oxunub : 845
Bakı Fond Birjasında hərrac keçirilib
Oktyabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102476S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Azvision.az -a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 milyon 93 min 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib. Notlar oktyabrın 31-də ödəniləcək.

Azvision.az

Teqlər: BFB   Hərrac