Kiyevdə üsyan başladı - VİDEO

Kiyevdə üsyan başladı - VİDEO
  10 Dekabr 2013    Oxunub:1360
Hökumət və müxalif qüvvələri arasında qarşıdurmalar yenidən canlanıb.
Noyabrın 21-dən Ukraynanın paytaxtı Kiyevdə hökumətin Avropa İttifaqı ilə Assosiasiya sazişi imzalamağı təxirə salmasına etiraz olaraq aksiyalar keçirilir.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Yanukoviç qüvvələri mitinq iştirakçılarının barrikadalarını yararaq onları sıxışdırıblar. Artıq müxalifətin bir müddət əvvəl barrikadalar qurduğu əraziyə daxil olmaq mümkün deyil. Ukrayna milisi bütün yolları bağlayıb. Prezident aparatı ətrafında da təhlükəsizlik gücləndirilib. Qeyd edək ki, əraziyə 2 min DİN əməkdaşı cəlb olunub.

Müxalif “Batkivşina” Partiyasından bildirilib ki, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşları onların ofisini hücumla ələ keçiriblər. Nümayişçilərin ələ keçirdiyi meriya binasında elektirk enerjisi kəsilib, buna görə də insanlar binanı tərk etməyə məcbur olublar. Lakin bir müddət sonra elektrik enerjisi bərpa olunub. Müxaliflər işığa nəzarət edən xüsusi qarovulçu ayırıblar.

Binanın ətrafını isə Daxili İşlər Nazirliyinin qoşunları mühasirəyə alıb. Hər an hücum gözlənilir.

Buna baxmayaraq `Maydana` axın davam edir. Nümayişçilərin sayı daha da artıb.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti