ABŞ MAR-a hərbi müdaxilə edəcək

ABŞ MAR-a hərbi müdaxilə edəcək
  10 Dekabr 2013    Oxunub:1083
Pentaqon ABŞ-ın MAR-da əməliyyatda iştirak imkanlarını nəzərdən keçirir.
Pentaqon Mərkəzi Afrika Respublikasında (MAR) Fransa və Afrika hərbiqulluqçularının beynəlxalq kontingentə logistika dəstəyi göstərilməsi vasitəsilə hərbi əməliyyatda iştirak edə bilər. AzVision.az Reuters agentliyinə istinadən xəbər verir ki, hazırda Pentaqona MAR-da beynəlxalq əməliyyata dəstək vermək üçün sorğu daxil olub. ABŞ bu ilin əvvəlində Malidə fransız qoşunlarına "Əl-Qaidə" beynəlxalq terror təşkilatının yaraqlılarına qarşı kampaniyası zamanı göstərdiyi eyni bir yardımı MAR-da da göstərə bilər, mənbə bildirib.

Bu halda söhbət hərbçilərin və yüklərin hava daşınması, eləcə də kəşfiyyat məlumatlarının verilməsi barədə gedə bilər, mənbə qeyd edib.


Teqlər:





Xəbər lenti