“Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram” - Tahir Kərimli

 “Maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram” -  Tahir Kərimli
  30 Sentyabr 2019    Oxunub:4321
“Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, həmin adamların məqsədi daha çox cərimə yazmaq və faiz tutmaqdır:

“Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, dövlət bir az ziyana düşsün, amma onların maaşını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar. Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar” - deyə deputat vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Tahir-Kərimli   Milli-Məclis   BNA   Deputat  





Xəbər lenti