Əli Hüseynli bayraqla bağlı məsələyə aydınlıq gətirdi
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə münasibət bildirib. Onun sözlərinə görə, deputatlar bu məsələni öz bildikləri kimi yozmağa cəhd edirlər:
“Azərbaycanın dövlət bayrağı anlayışı Konstitusiyada qeyd olunub. Biz xüsusi olaraq dövlət bayrağından istifadə qaydaları haqqında məsələni qanunla həll etmişik. Azərbaycan dövlətinin, ictimaiyyətinin bu məsələyə münasibəti çox ciddidir. Əgər doğrudan da, Nazirlər Kabinetinin qərarı ilə qanun arasında hər hansı ziddiyyətlə bağlı ciddi məlumat varsa, müzakirə edə bilərik. Amma tam əminəm ki, bu, belə deyil. Çünki bayraqdan istifadə qaydaları qanunla tənzimlənir, orada bütün detallar yazılıb. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarına dəyişiklik layihəsi Konstitusiya qanununa uyğunlaşdırmadır”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Araz-Əlizadə Milli-Məclis