Deputatlar maaşlarının artırılmasna qarşı çıxdılar

Deputatlar maaşlarının artırılmasna qarşı çıxdılar
  09 Dekabr 2013    Oxunub:1164
Müstəqil komitənin onların əmək haqqlarının 11% artırmaq qərarına gəlib
Britaniyada millət vəkilləri müstəqil komitənin onların əmək haqqlarının 11% artırmaq qərarına narazılıqlarını bildiriblər. Siyasətçilər seçicilərin qəzəbindən ehtiyat edirlər. Çünki digər dövət qulluqçularının maaşları ildə 1% artır.

Məclis üzvlərinin maaşlarını müəyyən edən Parlament standartları üzrə müstəqil komitə 2015-ci il seçkilərindən sonra Palata üzvlərinin əmək haqlarının 11,4% yüksələcəyini elan edib. Millət vəkillərinin maaşları təqribən 7,5 min funt sterlinq artaraq, 74 min funt sterlinq olacaq.
Lakin, millət vəkillərinin rifahlarının yaxşılaşdırılması qərarı onların qıcıqlanmasına səbəb olub. Xüsusən də mühafizəkar Fillip Hammond bildirib: “Nə qədər ki, mənim müdafiə naziri olduğum ölkədə qüsursuz xidmət edən hərbçilərin əmək haqları 1% artır, mən öz maaşıma əlavə qəbul etmərəm”. Eyni zamanda Hammond deputatların əmək haqlarına artırılan vəsaitin xeyriyyəçiliyə sərf olunmasını istisna etməyib.

Millət vəkili Ed Bollz da artımın əleyhinə çıxış edib. Onun sözlərinə görə müstəqil komitənin qərarı “real vəziyyətə uyğun deyil”.

Əmək haqqı artımı qərarını dəstəkləyən bir neçə siyasətçilərdən biri, keçmiş Daxili İşlər Naziri Cek Stro olub. Onun sözlərinə görə siyasətə istedadlı gənclərin cəlb edilməsi üçün əmək haqlarının artırılması lazımdır. Əks halda parlamentdə yalnız imkanlı şəxslər işləmək istəyəcək. Stro bildirib ki, 2015-ci il seçkilərinə qatılmaq fikri yoxdur, ona görə də artım ona təsir etməyəcək.

Müstəqil komitə tərəfindən keçirilən gizli sorğunun nəticələrinə görə millət vəkillərinin çoxu maaş artımına layiq olduqlarını düşünürlər.

S. Həsənova


Teqlər:





Xəbər lenti