Dövlət qulluğuna 1403 nəfər ərizə verib

Dövlət qulluğuna 1403 nəfər ərizə verib
  28 Sentyabr 2019    Oxunub:1830
Ümumilikdə 19 dövlət orqanında 494 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
Azvision.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 28-i saat 11:40-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1403 nəfər ərizə verib.

Sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (983 vəzifə) tərəfindən çıxarılıb.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti