Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı Körfəz ölkələri

Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı Körfəz ölkələri
  28 Sentyabr 2019    Oxunub:1930
Cari ilin 8 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 367 milyon 617 min ABŞ dolları, BƏƏ ilə 41 milyon 749 min dollar, Səudiyyə Ərəbistanı ilə isə 8 milyon 94 min dollar olub.

İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb, Səudiyyə Ərəbistanı ilə azalıb. Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal və ixrac etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 340 milyon 719 min dollar, BƏƏ-dən 29 milyon 508 min dollar, Səudiyyə Ərəbistanından isə 7238 min dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı azaltsa da, İran və BƏƏ-dən idxalı artırıb.

İrana ixracın dəyəri 26 milyon 897 min dollar, BƏƏ-yə 12 milyon 240 min dollar, Səudiyyə Ərəbistanına 856 min dollar olub. İran və Səudiyyə Ərəbistanına ixracın dəyərində artım, Birləşmiş Ərəb Əmirliklərinə isə azalma müşahidə edilib.

İran Azərbaycana məhsul ixrac edən əsas ölkələrin siyahısında 8-ci yerdə qərarlaşıb.

Azvision.az



Teqlər: Gömrük   DGK   Məhsul  





Xəbər lenti