Azərbaycana gələn əcnəbilərin sayı 8,2% artıb

Azərbaycana gələn əcnəbilərin sayı 8,2% artıb
  27 Sentyabr 2019    Oxunub:3075
"Cari ilin 8 ayında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2% çoxdur".

Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, 2019-cu ilin avqust ayında ölkəyə gələn xarici vətəndaşların sayı 13,2% artıb:

“Onların bank kartları vasitəsilə apardıqları əməliyyatlar 137,4 mln. manat təşkil edib. Ümumilikdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 mln. manat təşkil edib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tuirst  





Xəbər lenti