Təhsil naziri İctimai Şura üzvləri ilə görüşüb

  26 Sentyabr 2019    Oxunub : 732
Təhsil naziri İctimai Şura üzvləri ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə C.Bayramov nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir.

Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəl təşkilinə xidmət edəcəyini bildiriblər.

Daha sonra Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə edilib. Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.

Azvision.az

Teqlər: CeyhunBayramov   Təhsil