Gömrükdə gizlədilən kosmetik vasitələr aşkarlanıb

Gömrükdə gizlədilən kosmetik vasitələr aşkarlanıb
  26 Sentyabr 2019    Oxunub:1505
Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsində sərnişinlər üçün nəzərdə tutulan oturacaqların altındakı boşluqda, ehtiyat hissələrin altında qara polietilen paketə bükülən 2 ədəd karton qutuda və 3 ədəd paketdə 17 adda, ümumilikdə 243 ədəd kosmetik vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Kosmetika  





Xəbər lenti