Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib

Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib
  25 Sentyabr 2019    Oxunub:1916
Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2019-2020-ci tədris ili üzrə Rumıniya ali məktəblərində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Onlar Rumıniyanın Ployeşti Neft və Qaz Universitetində və Buxarest Universitetində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə bu il fevralın 27-də elan verilib.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti