Məleykə Abbaszadəyə sualı olanların nəzərinə!

Məleykə Abbaszadəyə sualı olanların nəzərinə!
  25 Sentyabr 2019    Oxunub:2426
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən Azvision.az -a verilən məlumata görə, qəbul sentyabrın 30-da saat 11:00-da Cəlilabad şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcək (ünvan: Heydər Əliyev prospekti, 242A).

Qəbulda Cəlilabad, Yardımlı, Biləsuvar, Lənkəran, Lerik, Astara, Masallı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Lənkəran regional bölməsinə (əlaqə telefonu: +994252552482) müraciət etmələri xahiş olunur.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Azvision.az



Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti