Koreyada təqaüd proqramı elan olunub

  24 Sentyabr 2019    Oxunub : 764
Koreyada təqaüd proqramı elan olunub
Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər.

Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.

Azvision.az

Teqlər: Koreya