XİN rəhbəri həmkarına Qarabağdan danışdı

  23 Sentyabr 2019    Oxunub : 1332
XİN rəhbəri həmkarına Qarabağdan danışdı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Stef Blok ilə görüşüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardılar. E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Azvision.az

Teqlər: XİN   Qarabağ   Məmmədyarov