“Azərsu” rəhbərliyi qəbul keçirib

  23 Sentyabr 2019    Oxunub : 701
“Azərsu” rəhbərliyi qəbul keçirib
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.
ASC-dən Azvision.az -a verilən məlumata görə, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində GöygölDaşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb. Sentyabrın 20-də isə sədr müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, GoranboyXocalı rayonlarından olan sakinləri qəbul edib.

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbullarda Göygöl, Daşkəsən, Naftalan, GoranboyXocalı rayonlarından olan 61 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azvision.az

Teqlər: Azərsu