Azərbaycanda geyim istehsalı artıb

  20 Sentyabr 2019    Oxunub : 731
Azərbaycanda geyim istehsalı artıb
Bu ilin 8 ayında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 270,7 milyon manatlıq məhsul istehsal edilib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə toxuculuq sənayesində 35,8 faiz, geyim istehsalında 8,1 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 16,4 faiz azalma müşahidə olunub.

Azvision.az

Teqlər: Statistika