Mindən çox abonent qazsız qalacaq

Mindən çox abonent qazsız qalacaq
  20 Sentyabr 2019    Oxunub:1735
Qusar-Xudat yolunun sol tərəfindən keçən diametri 219 mm olan qaz xəttinin 150 metrlik hissəsinin yeri dəyişdirilir.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, işlərə bu gün səhər saatlarından start verilib. Təmir müddətində, həmin ərazidə yaşayan mindən çox abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları aşkarlanan qaz sızmalarının ləğvi işlərini də icra edəcəklər.

Azvision.az


Teqlər: Qaz  





Xəbər lenti