“Ölkədə təmir olunacaq 500-600 məktəb qalıb” - Komitə sədri

  “Ölkədə təmir olunacaq 500-600 məktəb qalıb” -    Komitə sədri
  17 Sentyabr 2019    Oxunub:2208
"Azərbaycanda 2500-ə yaxın məktəb tikilib, əsaslı təmir olunub. Hazırda Azərbaycanda 3 200 məktəb fəaliyyət göstərir. Hər il 250-dən çox məktəb ya tikilir, ya da əsaslı şəkildə təmir edilir”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanda məktəb tikinitisinin və ya təmirinin birinci mərhələsinin başa çatmasına 2-3 il vaxt qalıb: “Bununla da biz 3200 məktəbin hamısında ilkin pillənin dərəcələrini yerinə yetirrmiş oluruq. Bu, böyük nailiyyətdir. Ölkədə 500-600 məktəb qalıb ki, onların da təmiri növbəti illərdə başa çatdırılacaq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məktəb   Təhsil  





Xəbər lenti