AMEA-da səsvermə, daha 3 direktor seçildi

AMEA-da səsvermə, daha 3 direktor seçildi
  17 Sentyabr 2019    Oxunub:2076
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.
AMEA-dan Azvision.az -a verilən məlumata görə, əvvəlcə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölmənin ümumi yığıncağının gündəliyini iştirakçıların diqqətə çatdırıb.

Ümumi yığıncaqda AMEA-nın İctimai Elmlər Bölməsinə daxil olan akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifələrini tutmaq üçün seçkilər keçirilib. Akademik Yaqub Mahmudov hesablayıcı komissiyanın sədri seçilib.

Səsvermə nəticəsində akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Fəlsəfə İnstitutunun və akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin direktoru seçiliblər.

Səsvermədə bölmə üzrə 24 nəfər həqiqi və müxbir üzvdən 17-si iştirak edib, 11 müxbir üzv yekdilliklə lehinə səs verib.

Azvision.az



Teqlər: AMEA   Akademiya  





Xəbər lenti