Hakimliyə namizədlərin test imtahanı keçiriləcək

Hakimliyə namizədlərin test imtahanı keçiriləcək
  10 Sentyabr 2019    Oxunub:2198
Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.
Hakimlərin Seçki Komitəsindən Azvision.az -a verilən məlumata görə, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edən namizədlər iştirak etməlidirlər. Sentyabrın 13-dən həmin namizədlər tərəfindən “İmtahana buraxılış vərəqəsi” Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək, şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etmək lazımdır. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti