Təhsil işçilərinin respublika konfransı keçiriləcək

Təhsil işçilərinin respublika konfransı keçiriləcək
  09 Sentyabr 2019    Oxunub:1690
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a bildiriblər ki, konfransda nazir Ceyhun Bayramov, Milli Məclisin deputatları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti