Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabınadır - Nazirlik

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabınadır -  Nazirlik
  09 Sentyabr 2019    Oxunub:2158
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodik vəsaitlərlə təmin edilir.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur. Məktəblərin seçimi zamanı valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.

Qeyd edək ki, qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş alternativ qeydiyyat mərkəzlərində aparıla bilər. Ərizələrin onlayn qeydiyyatı sentyabrın 25-dək davam edəcək.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti