Bu ilin rekordçu müəllimi: “Heç vaxt hazırlığa getməmişəm” - FOTOLAR

    Bu ilin rekordçu müəllimi:    “Heç vaxt hazırlığa getməmişəm” -    FOTOLAR
  06 Sentyabr 2019    Oxunub:9717
“İxtisasımla bağlı planlarım var. Magistr oxumaq, arzularımı həyata keçirmək istəyirəm”

Bunu Azvision.az -a açıqlamasında bu il müəllimlərin işə qəbulu üzrə imtahanlarda ən yüksək nəticə göstərən Süsən Məmmədova deyib. Bütün suallara düzgün cavab verən gənc müəllim 60 bal toplayaraq rekorda imza atıb.


S.Məmmədova Sumqayıt şəhərində anadan olub. 28 saylı məktəbi əla qiymətlərlə bitirib. O, 2006-cı ildə Müəllimlər İnstitutuna qəbul olunub, 2010-cu ildə oranı fərqlənmə diplomu ilə başa vurub.

"Daha sonra ailə həyatı qurdum. Həyat yoldaşım hərbçi olduğuna görə tək yaşayırdıq. Uşaqlarıma baxmağa kömək olmadığından işləyə bilmirdim. İlk dəfə maraq üçün 2015-ci ildə imtahan verdim və 38 bal topladım. 2017-ci ildə 45, 2018-ci ildə 48 bal yığdım. Bu il üzərimdə çox işlədim, oxudum və yaxşı nəticə əldə edə bildim. Heç vaxt müəllim yanına hazırlığa getməmişəm. İş təcrübəm yoxdur”.



S.Məmmədovanın sözlərinə görə, o, bu ilki imtahanda 55-dən çox bal yığacağını gözləyib: “60 bal lap sevindirici oldu. Əslində keçən il də gözləyirdim. Ancaq görünür, o vaxt tam hazır deyildim. Buna görə ailəm də çox sevindi. İki oğlum var. Biri üçüncü sinfə, digəri isə məktəbəqədər hazırlığa gedir. Şagirdlərim də mənim övladlarım olacaqlar” .



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Müəllim   İmtahan  





Xəbər lenti