IV-VIII sinifləri üçün dərsliklər təkmilləşdirilib

IV-VIII sinifləri üçün dərsliklər təkmilləşdirilib
  05 Sentyabr 2019    Oxunub:2377
2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin IV-VIII sinfin istifadəsində olan dərsliklər təkmilləşdirilib.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, həmin dərsliklər məzmun və dizayn baxımından əsaslı şəkildə yenilənib.

Qeyd edək ki, yeni tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Hazırda şagirdlərə dərsliklərin paylanması davam edir.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Dərslik  





Xəbər lenti