Bakıda 962 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək

Bakıda 962 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək
  05 Sentyabr 2019    Oxunub:1963
Bakıda 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb.

2019-2020-ci tədris ilində bütün beşyaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib.

Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır. Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Azvision.az



Teqlər: Bakı   Məktəb   Təhsil  





Xəbər lenti