Məktəbəhazırlıq qruplarına ərizə qəbulu başlayır

  26 Avqust 2019    Oxunub : 700
Məktəbəhazırlıq qruplarına ərizə qəbulu başlayır
Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Azvision.az

Teqlər: Təhsil