Dövlət qulluğuna 47 namizəd uğur qazanıb

Dövlət qulluğuna 47 namizəd uğur qazanıb
  23 Avqust 2019    Oxunub:1726
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
DİM-dən Azvision.az -a bildirilib ki, avqustun 23-ü saat 15:35-ə olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 47 nəfər uğur qazanıb. Onlardan 20 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 15 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfəri isə Şirvan Apellyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun biliniblər.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti