Bakalavrların nəzərinə: Qeydiyyat bu gün bitir

   Bakalavrların nəzərinə:  Qeydiyyat bu gün bitir
  23 Avqust 2019    Oxunub:1755
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 23-də başa çatır.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, bakalavrlar gün ərzində sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Xatırladaq ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 15-dən aparılır.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti