FETÖ-yə qarşı əməliyyatlar davam edir

  23 Avqust 2019    Oxunub : 868
 FETÖ-yə qarşı əməliyyatlar davam edir
Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 ünvanda aparılan axtarışlar zamanı FETÖ-yə üzv olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların evlərindən çox sayda saxta şəxsiyyət vəsiqəsi, təşkilatla xəbərləşmək üçün istifadə edilən gizli telefonlar, kompüterlər, külli miqdarda pul və videomateriallar ələ keçirilib.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil verilib. Hazırda əməliyyatlar davam edir.

Azvision.az

Teqlər: Türkiyə   FETÖ   Əməliyyat