Kolleclərə qəbulun nəticələri bu gün açıqlanacaq

Kolleclərə qəbulun nəticələri bu gün açıqlanacaq
  21 Avqust 2019    Oxunub:1395
2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, sənəd qəbulunun nəticələri bu gün elan olunacaq.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.

Azvision.az



Teqlər: Peşə   Təhsil   Sənəd   Qəbul  





Xəbər lenti