Şəhid qızı Orxanın təhsil haqqını ödədi - FOTO

Şəhid qızı Orxanın təhsil haqqını ödədi -    FOTO
  21 Avqust 2019    Oxunub:11506
Gənc müğənni Mehin Hümbətova Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan Orxan Bağırzadənin bir illik təhsil haqqını ödəyib.
Azvision.az xəbər verir ki, müğənni bu gün universitetə gedib, orada Orxan Bağırzadə ilə görüşərək söz verdiyi ödənişi edib.

Qeyd edək ki, atası təhsil almasına qarşı çıxsa da, 18 yaşlı Orxan Azərbaycan Dillər Universitetinə qəbul olub. O, artıq qeydiyyatdan keçib. Tərcümə (rus-fransız) fakültəsini seçən Bağırzadə ödənişli əsaslarla təhsil alacaq. Onun illik təhsil haqqısı 1000 manatdır. Orxan atası təhsil almağa qoymadığı üçün evi tərk edib.

Xatırladaq ki, Mehin Hümbətovanın atası 1992-ci il Ağdərə uğrunda döyüşlərdə şəhid olub.



Azvision.az



Teqlər: Şəhid-qızı   Orxan   ADU  





Xəbər lenti