660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO

  20 Avqust 2019    Oxunub : 2044
 660 bal toplayan gənc universitetin Şəki filialını seçdi - VİDEO
Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtaxın nüfuzlu universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Unverstetinin Şəki filialını seçib.
Elcan Səlimli Şəki şəhər 20 saylı məktəbi qızıl medalla başa vurub. Buraxılış imtahanlarında Azərbaycan dilindən 100 faiz nəticə gostərən şağird həm də Azərbaycan dili üzrə respublika fənn olimpiyadasınin gümüş medalını qazanıb. Qəbul imtahanlarında yüksək bal toplasa da, təhsilini şəkidə Pedaqoji Unverstetdə davam etdirmək istəyib.



Onun bu seçmini müəllimləri ilə yanaşı ailəsi də dəstəkləyib. Elcan deyir ki, onun arzusu Azərbaycan dilini daha mükəmməl öyrənərək bu sahədə mütəxəssis olmaqdır. Azərbaycan dilinin incəliklərinə bələd olmaq üçün bir necə xarici dilin öyrənilməsini vacib sayır. Bu səbəbdən ingilis dili üzrə xarici dil müəllimliyini seçib.

Onun sözlərinə görə, yüksək bal toplamağın heç bir sirri yoxdur. Çalışqan olmaq və çoxlu oxumaq lazımdır.

Azvision.az

Teqlər: İmtahan   Şəki   ADPU