Nazir və müavinləri vətəndaşları qəbul edəcək

  19 Avqust 2019    Oxunub : 562
Nazir və müavinləri vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 30 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 30 avqust 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Lerik şəhərində, nazir müavini Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu Lənkərən şəhərində Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri Ş. Axundov küçəsi), Lerik şəhərində Lerik şəhəri Mədəniyyət evində (ünvan: Lerik şəhəri Arzuman Əsədullayev 22), Masallı şəhərində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin inzibati binasında (ünvan: Masallı şəhəri Həzi Aslanov 4) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov 8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-369-20-77, 050-275-37-75, 012-585-50-73) xahiş olunur.

Azvision.az

Teqlər: ETSN   Nazir   Qəbul