Ümumi müsahibə üzrə ərizə qəbulu davam edir

Ümumi müsahibə üzrə ərizə qəbulu davam edir
  17 Avqust 2019    Oxunub:2189
Dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə avqustun 2-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə sentyabrın 2-si saat 18:00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Bu gün saat 10:55-ə olan məlumata görə, ümumi müsahibədə iştirak üçün 74 nəfər müraciət edib.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 42-si isə B növünə (inzibati icraçı) aiddir. Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15, Dövlət Statistika Komitəsində 5, Gəncə Hərbi Məhkəməsində 1, Maliyyə Nazirliyində 3, Milli Arxiv İdarəsində 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 5, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Şəki Apelyasiya Məhkəməsində 10, Təhsil Nazirliyində 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6 vəzifə olmaqla 65 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Azvision.az



Teqlər: DİM   Müsabiqə  





Xəbər lenti