Qeydiyyatdan keçməyən bakalavrlar qəbul siyahısından çıxarılacaq

  17 Avqust 2019    Oxunub : 771
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul siyahısından çıxarılacaq
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların müvafiq təhsil müəssisələrində qeydiyyatı davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Azvision.az

Teqlər: DİM   Qeydiyyat