Sumqayıtda həkim baş həkimi bıçaqladı - FOTO

  05 Avqust 2019    Oxunub : 4939
 Sumqayıtda həkim baş həkimi bıçaqladı - FOTO
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 17:00 radələrində Sumqayıt şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də qeydə alınıb.

Belə ki, orada həkim işləyən Pərviz İbrahimovla klinikanın baş həkimi Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çoxlu sayda bıçaq zərbələri endirib. Ş.Baxşəliyev aldığı xəsarətlər nəticəsində çoxsaylı qan itirib və Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə aparılıb. Onun əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirlir.

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.



Azvision.az

Teqlər: Sumqayıt   Həkim   Bıçaqlanma   Cinayət