Azərbaycanlı milyonçunun bağında bir gün... - FOTOREPORTAJ
Muxtarov Vladiqafqazda və Əmircan kəndində məscid (1910), Pirallahı yaxınlığında Mayak, habelə məktəb binası inşa etdirib. O, xanımı Liza ilə Avropaya səyahət etdiyi dövrdə İtaliyanın Venesiya şəhərindəki binaların arxitekturasına valeh olub və onlara oxşar sarayı bu bağda bir il ərzində tikdirib. (1911-1912). 1925-cı ildə bağ dövlət mülkiyyətinə keçib, sonradan müxtəlif təşkilatların tərkibində olub.
Bağ 1924-1926-cı illərdə Ümumittifaq Tədbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926-1936 -cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936-1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945-1964 -cü illərdə E.T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası olub və 1964-1966- cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərib. 1966-1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olub. 1996-cı ildən AMEA-nın Rəyasət Heyyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilib, ona hüquqi status verilib.
2014-cü ildən AMEA-nın Rəyasət Heyyətinin qərarı ilə Dendrologiya İnstitutu adına layiq görülüb. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür. 100-dən çox botanika bağları ilə qarşılıqlı əməkdaşlıq edir.
Son illər ərzində bağda yenidənqurma, tikinti işləri aparılıb, oraya dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növləri gətirilib, bioekoloji xüsiyyətləri öyrənilib və kolleksiyalara daxil edilib. Buradakı bitki kolleksiyaları özünəməxsus landşaft ansanbılı olub, park dizaynın ən yaxşı numunələrindən istifadə edilərək şərq və qərb memarlığı ənənələri ilə tərtib edilib.
Azvision.az vaxtilə Murtuza Muxtarovun şəxsi bağı olmuş Mərdəkan Dendrarisindən hazırladığı fotoreportajı təqdim edir:
FOTO: Şahin Sərdarov
Azvision.az
Teqlər: Mərdəkan Denrari Bağ Milyonçu