DİM abituriyentlərə müraciət edib

DİM abituriyentlərə müraciət edib
  31 İyul 2019    Oxunub:2267
Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, abituriyentlər bu il iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə biləcəklər.

Xidmətə keçid “Şəxsi kabinet”tin “Elektron xidmətlər” bölməsində yerləşdirilib.

Azvision.az



Teqlər: DİM   Abituriyent  





Xəbər lenti