Müəllimlik imtahanında 3 nəfər maksimum bal toplayıb

Müəllimlik imtahanında 3 nəfər maksimum bal toplayıb
  24 İyul 2019    Oxunub:2574
8-24 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində 3 nəfər maksimum bal toplayıb.

Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, imtahan prosesi dövründə 3 nəfər 60 bal yığıb. İlk 60 ballıq nəıticəni Aidə Sadıqova göstərib. O, iyulun 22-də kimya fənni üzrə imtahan verib.
Aidə Sadıqova 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə həmin universitetdə kolloid kimya ixtisası üzrə magistr dərəcəsi alıb.

Digər 60 balı toplayanlar isə iyulun 24-də Azərbaycan dili və ədəbiyyat fınni üzrə imtahan verən Gülnar Hümbətova və Süsən Məmmədovadır. G.Hümbətova Azərbaycan Dillər Universitetinin, S.Məmmədova isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin məzunudur.

Aytən Zəhra
Azvision.az




Teqlər: TN   İmtahan   Maksimumbal  





Xəbər lenti