Rumıniyanın daxili işlər naziri istefa verib

  15 İyul 2019    Oxunub : 1044
Rumıniyanın daxili işlər naziri istefa verib
Rumıniyanın daxili İşlər naziri Karmen Dan ölkənin baş naziri Viorike Dençilə istefa ərizəsini təqdim edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Rumıniyanın hakim Sosial-demokrat partiyası hökumətdə yerdəyişmələri müzakirə etmək üçün Milli icraiyyə komitəsinin iclasına yığışıb.

Nazirlərdən kimin yerinin dəyişiləcəyi ilə bağlı məlumat yoxdur.

K.Danın sözlərinə görə, hökumətin dəyişikliyi ilə bağlı qərarlar yalnız siyasi xarakter daşıyır, nazirlərin səmərəliliyi meyarlarına əsaslanmır. O, özündən sonra gələn nazirə uğurlar arzulayıb.

"Mən Rumıniya baş nazirinə məlumat vermişəm ki, daxili işlər nazirinin mandatını icra komitəsinin səsverməsinə çıxarılmasına ehtiyac yoxdur. Mən mandatı onun masasına özüm qoymuşam. İstefamın qəbul olunmasını gözləyirəm".

Qeyd edək ki, K.Dan 3 dəfə ölkənin daxili işlər naziri vəzifəsini yerinə yetirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rumıniya   nazir   istefa