Üç ölkədən ortaq İran bəyanatı: "Təmkinli olun"

   Üç ölkədən ortaq İran bəyanatı:    "Təmkinli olun"
  15 İyul 2019    Oxunub:1595
“Böyük Britaniya, Almaniya və Fransa İranla imzalanmış nüvə razılaşmasına sadiqdir. Ancaq bunun davam etməsi üçün İranın razılaşmaya tam olaraq riayət etməsi və son zamanlar bunun əksi olan qərarlarından çəkilməsi lazımdır”.
Azvision.az xəbər verir ki, bu barədə üç ölkənin birlikdə yayımladığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, hər üç ölkə İranın icazə verilən həddən artıq uran tədarük etməsindən və zənginləşdirməsindən narahatdır. Eyni zamanda bəyanatda Hörmüz körfəzində müşahidə olunan hadisələrdən və bölgədə təhlükəsizliyin pisləşməsindən narahatlıq ifadə olunur.

İranın dialoqa dəvət edildiyi bəyanatda qeyd olunur: “Tərəfləri təmkinli olmağa, bölgədə gərginliyi azaltmağa çağırırıq. Elə risklər var ki, bütün tərəflər təmkinli olmalı və davranışlarının doğuracağı nəticələri göz önünə gətirməlidir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   Nüvə   Fransa   Britaniya   Almaniya  





Xəbər lenti