Sarkisyanın qudası qiyabi həbs olundu, axtarışa verildi
“İyulun 12-də istintaq orqanı Minasyanın həbs edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Nəzərə alsaq ki, Minasyan istintaqdan gizlənir və yeri məlum deyil, onun barəsində axtarış elan edilib”.
Ara Minasyan dövlətə 1,9 milyon dollar ziyan vurmaqda,152 min dollar məbləğin mənimsəmə və israf etməsində, ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir. Bu maddələr səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Sarkisyan Ermənistan