NATO-dan “S-400” açıqlaması: “Narahatıq”

   NATO-dan “S-400” açıqlaması:    “Narahatıq”
  12 İyul 2019    Oxunub:1418
“Türkiyənin “S-400” zenit- raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə narahatıq”.
Azvision.az xəbər verir ki, bu barədə “CNN”-ə adı açıqlanmayan NATO rəsmisi bildirib.

O bildirib ki, məlum hadisəyə dair qərarı müttəfiqlər verəcək: “Türkiyənin bu qərarına görə, narahatıq. Adı çəkilən silah müttəfiqlərin sistemləri ilə uyğunlaşmır. Türkiyənin “S-400” zenit -raket kompleksləri alma qərarının doğuracağı nəticələrə görə də narahatıq. Çünki NATO-nun tapşırıq və əməliyyatlarının həyata keçirilməsindəki əsas məsələ üzv ölkələrin silahlı qüvvələrinin birlikdə hərəkət edə bilməsidir”.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınan S-400” zenit- raket komplekslərinin ilk hissələrinin artıq ölkədə olduğunu açıqlayıb.

Kənan Məmmədov
Azvision.az



Teqlər: S-400   Rusiya   Türkiyə   NATO  





Xəbər lenti